AZ

Sosial media nəhənglərinə tarixi iddia: “Qumarxana kimi işləyirlər”

ain.az bildirir, Sherg.az portalına istinadən.

ABŞ-də Meta, YouTube, TikTok və Snapchat gənc istifadəçiləri bilərəkdən asılılığa sürükləməkdə ittiham olunur.

Sherg.az xəbər verir ki. Los-Anceles məhkəməsində baxılan iddiada sosial medianın uşaqların və yeniyetmələrin psixi sağlamlığına təsiri araşdırılır.

İttihamçı tərəf platformaların qumarxanalara bənzər asılılıq yaradan dizaynlardan istifadə etdiyini bildirir. İş üzrə Meta rəhbəri Mark Zukerberq də daxil olmaqla yüksəkvəzifəli menecerlərin şahid qismində dindirilməsi gözlənilir. Məhkəmə davası ABŞ üzrə oxşar iddialar üçün presedent sayıla bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
sherg.az

1Mənbələr