AZ

Vətəndaşların xəbəri olmadan onların adına şirkət açılır, vergi borcu yığılır - Komitə sədri

Bakı. Trend:

İnformasiya texnologiyalarının sürətli inkişafı fonundaşəxsiyyət əleyhinə cinayətlər, insanların şərəf və ləyaqətinə qarşıhörmətsizlik hallarının sayı artır. Eyni zamanda butexnologiyalardan istifadə etməklə iqtisadi və mülkiyyət əleyhinəcinayətlər də geniş vüsət alıb.

Trend xəbərverir ki, bunu bu gün Milli Məclisin Regional məsələlər komitəsininsədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında“İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindənistifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağırcinayətlərə aid olan sübutların elektron formada mübadiləsindəbeynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş MillətlərTəşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiqedilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, informasiya texnologiyaları əslindəölkənin, dövlətin, iqtisadiyyatın, kənd təsərrüfatının və sosialsiyasətin inkişafına xidmət etməlidir:

“Lakin təəssüf ki, bəzi hallarda bu imkanlardan sui-istifadəedilir, insanların şərəf və ləyaqətinə qarşı böhtan kampaniyalarıaparılır, dövlətin və ordunun əleyhinə dezinformasiya yayılır.Qarşılıqlı beynəlxalq əməkdaşlıq isə bu kimi halların qarşısınınalınmasında mühüm rol oynaya bilər”.

Millət vəkili vurğulayıb ki, bu cinayətlərdən ən çox zərər çəkəntəqaüdçülərdir:

“Onların bank kartı məlumatları və kodları ələ keçirilərəkmüxtəlif ölkələrdən idarə olunan cinayətkar şəbəkələr vasitəsiləvəsaitləri mənimsənilir. Bu konvensiya həmin halların qarşısınınalınmasında da mühüm rol oynayacaq.

Eyni zamanda vətəndaşların xəbəri olmadan onların adınaşirkətlərin açılması, saxta sənədlər əsasında vergi borclarınınformalaşdırılması, ölkədən çıxışa qadağaların tətbiqi kimi hallarmövcuddur. Bundan əlavə, bələdiyyə və mülkiyyət sənədlərininsaxtalaşdırılması, torpaq və daşınmaz əmlakla bağlı dələduzluqhalları artmaqdadır”.

S.Novruzov qeyd edib ki, bu beynəlxalq konvensiyaya qoşulmaqlayanaşı, daxili qanunvericiliyik, xüsusilə Cinayət Məcəlləsininmüvafiq normalarının təkmilləşdirilməsi bu cinayətlərin qarşısınınalınmasına ciddi töhfə verəcək.

Məqalədə:
Seçilən
47
az.trend.az

1Mənbələr