AZ

Qəzzaya hərbçi göndərəcək ilk ölkə bəlli oldu

İsrail mediasının iddiasına görə, İndoneziya ABŞ Prezidenti Donald Trampın Qəzza planı çərçivəsində yaradılan Beynəlxalq Sabitlik Qüvvəsinin (ISF) tərkibində Qəzzaya hərbçi göndərəcək ilk ölkə olacaq.

"Cebheinfo.az" xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın təhlükəsizlik mənbəyinə istinadən verdiyi xəbərə görə, İndoneziya hərbçilərinin yerləşdirilməsi üçün Qəzzada hazırlıq işləri davam edir.

İsrailli təhlükəsizlik mənbəyi bildirib ki, Trampın Qəzza planı çərçivəsində ISF tərkibində bölgəyə göndəriləcək İndoneziya hərbçiləri Rəfah və Xan Yunis şəhərləri arasında, Qəzzanın cənub hissəsində yerləşdiriləcək.

Mənbənin sözlərinə görə, İndoneziya ISF çərçivəsində Qəzzaya daxil olan ilk xarici qüvvə olacaq. Hərbçilərin qalacağı obyektlərin inşasına artıq başlanılıb və bu obyektlərin bir neçə həftə ərzində hazır olacağı iddia edilir.

Hərbçilərin bölgəyə nə vaxt yerləşdiriləcəyi ilə bağlı dəqiq tarix açıqlanmasa da, bir neçə min İndoneziya əsgərinin Qəzzada xidmət edəcəyi ehtimal olunur. Eyni zamanda, hərbçilərin Qəzza zolağına daşınması üçün Təl-Əviv və Cakarta arasında danışıqların başladığı vurğulanır.

Seçilən
97
8
cebheinfo.az

9Mənbələr