AZ

Yanvar ayı iqlim ziddiyyətləri ilə yadda qalıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 10 fevral, AZƏRTAC

Ötən ay şimal yarımkürəsinin böyük hissəsinin soyuq hava kütlələrinin təsirində olmasına baxmayaraq, qlobal miqyasda indiyədək qeydə alınmış beşinci ən isti yanvar olub.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının “Copernicus” İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, yanvar ayı üzrə orta qlobal temperatur 12,95 dərəcə təşkil edib ki, bu da 1991–2020-ci illərin orta göstəricisindən 0,51 dərəcə yüksəkdir.

Avropada isə fərqli mənzərə yaranıb. Ötən ay qitədə 2010-cu ildən bəri ən soyuq yanvar müşahidə edilib. Regionda orta temperatur mənfi 2,34 dərəcəyə enib ki, bu da uzunmüddətli orta göstəricidən 1,63 dərəcə aşağıdır. Şimal yarımkürəsinin digər bölgələrində də ekstremal soyuqlar müşahidə olunub.

Qlobal göstəricilərə Cənub yarımkürəsindəki rekord istilər ciddi təsir göstərib. Avstraliya və Çilidə genişmiqyaslı meşə yanğınları, Cənubi Afrikada isə güclü yağışlar və daşqınlar qeydə alınıb. Mütəxəssislərin fikrincə, bu vəziyyət iqlim sistemində eyni vaxtda həm ekstremal soyuq, həm də həddindən artıq isti hava şəraitinin yarana bildiyini göstərib.

“Copernicus” iqlim risklərinin artdığını və cəmiyyətlərin ekstremal hava hadisələrinə uyğunlaşmasının vacibliyini bir daha diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
2
azertag.az

3Mənbələr