AZ

Fəzail Ağamalı ilə vida mərasimi keçirilib

Fevral ayının 9-da axşam saatlarında Türkiyə Respublikasında Azərbaycan siyasi ictimaiyyətinin tanınmış simalarından biri, sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.

SİA xəbər verir ki, fevral ayının 10-da Bakıda Heydər Məscidində mərhumla vida mərasimi keçirilib. Vida mərasimində millət vəkilləri, ictimai-siyasi xadimlər, ziyalılar və müxtəlif ictimai təbəqələrin nümayəndələri iştirak edib. Bu, Fəzail Ağamalının yalnız siyasi fəaliyyətinə deyil, həm də ictimai nüfuzuna və şəxsiyyətinə verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirilir.

Qeyd edək ki, Fəzail Ağamalı Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, V və VI çağırışları üzrə deputat seçilib və ölkənin qanunvericilik prosesində ardıcıl və fəal iştirak edib.
Allah rəhmət etsin.

Müəllif: Günay Hacıyeva
Seçilən
35
sia.az

1Mənbələr