AZ

Asbest materiallar mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısına daxil edilir

Bakı, 10 fevral, AZƏRTAC

“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə birinci oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin fevralın 10-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir. Elmi araşdırmalar nəticəsində asbest və tərkibində asbest olan məhsulların insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübut edilib və onlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən kanserogen məhsullar kimi təsnifatlandırılıb.

Seçilən
51
2
azertag.az

3Mənbələr