AZ

"Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmirəm" - Simonyan

"Rusiyanın TRIPP layihəsində iştirakını təsəvvür edə bilmirəm".

"Unikal" xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib. 

"Bunu necə təsəvvür edirsiniz? TRIPP erməni-amerikan təşkilatıdır", - deyə o qeyd edib. 

Spiker xatırladıb ki, Ermənistan ərazisindən hərəkət yalnız TRIPP çərçivəsində məhdudlaşmır: "TRIPP ilə bağlı oxşar mexanizm uzun müddətdir ki, masamızdadır, biz bunu müzakirə etmişik. Bu, ABŞ ilə əldə edilən və ABŞ prezidentinin sayəsində sülh çərçivəsində təməl daşı olan başqa bir məsələdir. Rusiya TRIPP-ə diqqət yetirməməlidir. Bu, Ermənistandan keçən və keçəcək yeganə yol deyil. Bir çox yol var".

Ağarza Elçinoğlu

Seçilən
35
unikal.az

1Mənbələr