AZ

Rəqəmsal imtahanlar kənar müdaxilələrin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərdir

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Dövlər İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, imtahanların böyük hissəsinin elektronlaşdırılması nəzərdə tutulur.

Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Redaktor.az-a açıqlamasında bildirdi ki, DİM sədri Məleykə Abbaszadənin açıqlaması qurumun fəaliyyətində aşkarlığın, şəffaflığın və eyni zamanda yeni təşəbbüslərin, imtahan prosesində kənar müdaxilələrin aradan qaldırılması istiqamətində qurumun ardıcıl, davamlı siyasətinin göstəricisidir:

"Mən hər zaman DİM-in işinə məsuliyyətlə yanaşdığını, dövlətin və xalqımızın bu qurumdan imtahanların şəffaf keçirilməsi istiqamətində gözləntilərini doğrultmaq istiqamətində hər zaman yeniliklərə açıq olmasını vurğulamışam. Bu gün də, təbii ki, o fikirdəyəm. Rəqəmsal imtahanları kənar müdaxilələrin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər kimi görürəm. Yazı imtahanlarını marker müəllimlər yoxlayır və burada da qiymətləndirmədə hansısa bir subyektivlik mövcud ola bilər. Amma prosesin rəqəmsallaşması həm də insan faktorunun minimuma endirilməsini hədəfləyir. Buraxılış, qəbul imtahanlarında, eyni zamanda rezidentura imtahanlarında belə bu yeniliyin tətbiqi şəffaflığa doğru növbəti addımlardan biri kimi dəyərləndirilməlidir. Bu, DİM-in yeniliklərə, innovasiyalara açıqlığını bir daha göstərir. Həmçinin şəffaflığın təmin olunmasında və insan faktorunun minimuma endirilməsində qurumun prinsipiallığını bir daha gündəmə gətirir".

Müsahibimzin fikrincə, bu, DİM-in növbəti müsbət addımlarından biridir:

"Xüsusilə son zamanlar imtahanlara müdaxilə cəhdlərini istər valideynlər tərəfindən, istər repetitorlar tərəfindən, istərsə də abituriyentlər tərəfindən görmüşük. DİM sədrinin açıqlamasında bunun nə qədər xoşagəlməz hal olduğunu gördüm. Dövlətin bütövlükdə bu istiqamətdə işlərini həyata keçirən qurumun fəaliyyətində yeniliklər müsbət dəyərləndirilməlidir və bunun kifayət qədər yüksək səmərəliliklə nəticələnəcəyinə böyük ümid edirəm".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
redaktor.az

2Mənbələr