AZ

Azərbaycan Paralimpiya Oyunlarında: 30 ildə 68 medal

Milli Paralimpiya Komitəsi Azərbaycan idmançılarının indiyədək Yay Paralimpiya Oyunlarında qazandığı medalların sayını açıqlayıb.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu müddət ərzində 38 paralimpiyaçımız mükafatçılar sırasında yer alıb, ümumilikdə 68 medal əldə edilib. Medalların 27-si qızıl, 21-i gümüş və 20-si bürünc əyarlıdır.

İdmançılarımız ümumilikdə 27 Paralimpiya, 29 dünya (4-ü komanda yarışında) və 55 Avropa çempionluğu (4-ü komanda/estafet yarışında) qazanıblar.

Qeyd edək ki, fevralın 9-da Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 ili tamam olub.

Seçilən
31
1
azerbaijan-news.az

2Mənbələr