AZ

Yuxarı Lars keçid məntəqəsi tamamilə bağlıdır

Vətəninfo.az xəbər verir ki, Gürcüstan Yol Departamentinin məlumatına görə, Yuxarı Lars keçid məntəqəsindən keçərək Gürcüstandan Rusiyaya gedən yol bütün nəqliyyat vasitələri üçün bağlanıb.

Qeyd edək ki, 9 fevral axşamı yol sərnişin nəqliyyat vasitələri üçün açılmışdı, lakin təhlükəsizlik səbəbindən yenidən bağlanıb.

Yol idarəsinin açıqlamasında bildirilir:
“Uçqun təhlükəsi səbəbindən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində bütün nəqliyyat vasitələrinin hərəkəti qadağandır.”

Əlavə olaraq, yol 9 fevral səhərindən etibarən yük maşınları üçün də bağlıdır.

Seçilən
68
veteninfo.az

1Mənbələr