AZ

Azərbaycanda uşaqlarla bağlı dəhşətli statistika açıqlandı

Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci il sorğusuna görə, məktəbyaşlı övladı olan respondentlərin 63,5%-i övladının sosial mediadan istifadə etdiyini, 36,5%-i isə istifadə etmədiyini bildirir. 

“Yeni Sabah” xəbər verir ki, sorğu mərkəzin sədri deputat Zahid Oruc tərəfindən Milli Məclisdə təqdim edilib.

Uşaqların ən çox istifadə etdiyi sosial media platformaları aşağıdakı sıralamaya malikdir:

YouTube: 69,1%, WhatsApp: 47,9%, TikTok: 33,0%. 

Orta və aşağı səviyyədə istifadə olunan platformalar: Instagram (19,1%), Snapchat (9,6%), Facebook (8,5%), Telegram (5,3%), X/Twitter (2,1%).

Gündəlik istifadə müddəti üzrə statistik göstəricilər belədir:

5 saat və daha çox: 18,1%, 3–4 saat: 24,5%, 1–2 saat: 31,9%, 1 saatdan az: 22,3%

Sorğuda iştirak edən şagirdlərin yalnız 10,5%-i son 3 ildə məktəb psixoloquna müraciət edib və fayda görüb. 86,4%-i ehtiyac duymadığı üçün müraciət etməyib.

“Uşaq hüquqları haqqında” qanun barədə məlumatlılıq səviyyəsi 52,6%, məlumatı olmayanlar isə 47,4% təşkil edir. Məktəblərdə uşaqların hüquqları ilə bağlı tədris haqqında məlumat verənlərin faizi 62,2%, əks mövqedə olanlar isə 29,7%-dir.

Uşaqların müdafiəsi üçün yaradılan “Uşaq Qaynar Xətt” xidməti barədə məlumatlılıq səviyyəsi 48,6%, məlumatı olmayanlar isə 51,4%-dür.


Telegram kanalımız
Seçilən
43
3
yenisabah.az

4Mənbələr