AZ

İrəvan Kremlə bütün yolları BAĞLADI

Ermənistan Parlamentinin sədri Alen Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür belə edə bilmir.

“Cebheinfo.az" xəbər verir ki, o, “Bunu necə təsəvvür edirsiniz? 

Bu, Ermənistan-Amerika tərəfdaşlığıdır", - deyə 10 fevralda jurnalistlərə bildirib. 

Spiker “Ermənistan daxilində səyahət mütləq TRIPP demək deyil”,-deyə vurğulayıb. 

"Taxıl və ya yanacaq Azərbaycandan daşınırsa, bu  da TRIPP deyil", - deyə Simonyan bildirib. O, Rusiya tərəfinin layihənin digər sahələri də əhatə etmək üçün genişləndirilməsini təklif edə biləcəyinə işarə vurub. 

"Biz uzun müddətdir TRIPP kimi bir mexanizmi müzakirə edirik. Bunun sülh prosesinin bir hissəsi olaraq Prezident Tramp sayəsində əldə edilməsi başqa məsələdir", - deyə Simonyan bildirib. 

O, həmçinin ABŞ-nin Rusiyanın iştirakı variantını Ermənistan tərəfinin razılığı ilə nəzərdən keçirə biləcəyi ehtimalını istisna etməyib:

“Bir çox variant var. Onlar 100 ildir ki, buradadır, nə ediblər?”

Seçilən
30
1
cebheinfo.az

2Mənbələr