AZ

Erməni spiker Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın TRIPP layihəsində iştirakını təsəvvür edə bilmir.

APA “news.am”a istinadən xəbər verir ki, o, bu barədə bu gün jurnalistlərə açıqlamasında bildirib.

“Bunu necə təsəvvür edirsiniz? TRIPP erməni-amerikan təşkilatıdır”, - erməni spiker xatırladıb.

Onun sözlərinə görə, Ermənistan ərazisindən hərəkət yalnız TRIPP çərçivəsində məhdudlaşmır.

Simonyan TRIPP-in ABŞ Prezidentinin sayəsində sülh çərçivəsində reallaşdığını vurğulayıb.

Simonyan bildirib ki, Rusiya TRIPP-ə diqqət yetirməməlidir: “Bu, Ermənistandan keçən və keçəcək yeganə yol deyil. Bir çox yol var”.

Seçilən
38
3
apa.az

4Mənbələr