AZ

Uişaqları bu ikili təhlükədən qorumaq üçün texniki müdafiə və şəffaf ünsiyyət birgə tətbiq edilməlidir Ekspert fikri

ain.az, 525.az portalına istinadən məlumat verir.

"“Roblox”un bəzi ölkələrdə, o cümlədən Rusiyada məhdudiyyətlərlə üzləşməsinin səbəbi uşaqların yaşa uyğun olmayan, qeyri-etik və ya təhlükəli mövzulu istifadəçi tərəfindən yaradılmış oyunlara (UGC) asanlıqla daxil olmasıdır. Həmçinin platformaların sərbəst çat funksiyaları vasitəsilə yad insanların (uşaqlara zərər yetirə biləcək şəxslər, şantajçılar) uşaqlarla əlaqə quraraq onları manipulyasiya etmək riski yüksəkdir. Bunun fonunda, “Mavi Balina” tipli “oyunlar” isə tamamilə fərqli və daha qorxulu bir təhdid növüdür. Bu, bir oyun yox, kiberşantaj və psixoloji manipulyasiya prosesidir. Qeyri-etik “kuratorlar” sosial mühəndislik vasitəsilə həssas uşaqları izləyir, onları təhdid və şantaj edərək özünə xəsarətə və sonda intihara sövq edirlər. Bu tip zərərli çağırışlar (“challenge”) uşağın məxfi məlumatlarını ələ keçirərək təzyiq vasitəsinə çevirir”.

Bunu 525.az-a  Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri ekspert Elvin Abbasov deyib

Ekspert qeyd edib ki, uşaqları bu ikili təhlükədən qorumaq üçün texniki müdafiə və şəffaf ünsiyyət birgə tətbiq edilməlidir: “Təhlükəsizliyi təmin etmək üçün valideynlər “Parental Control” proqramlarından istifadə etməlidirlər. Bu proqramlar qismində “Google Family Link” (Android cihazlar üçün), “Apple Screen Time” (iOS cihazlar üçün) kimi əməliyyat sistemlərinin daxili həlləri və ya “Kaspersky Safe Kids”, “Qustodio”, “Net Nanny” kimi üçüncü tərəf proqram təminatları tövsiyə olunur. Bu proqramlar uşağın ekran vaxtını məhdudlaşdırmağa, yaşa uyğun olmayan məzmunu filtrləməyə və naməlum tətbiqlərin yüklənməsini bloklamağa kömək edir. Valideynlər bu proqramları uşaqdan gizlətməməli, əksinə, bunun onların təhlükəsizliyini qoruyan bir vasitə olduğunu izah etməklə aralarında etimad körpüsünü qorumalıdırlar. Ən əsası isə, uşağın davranışında yaranan istənilən qəfil psixoloji dəyişikliyi müşahidə etmək və dərhal müdaxilə etmək lazımdır”.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
525.az

1Mənbələr