AZ

Deputat: Valideynlər uşaqların yemək pulunu kəsib repetitorlara verirlər

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Bu gün uşaqların lazımi qidalarla təmin olunmasında ciddi problemlər mövcuddur. Ona görə də məktəblərdə uşaqlara keyfiyyətli yemək verilməsinə ehtiyac var".

Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, bir çox hallarda valideynlər də uşaqların qidalanmasına sərf olunmalı vəsaiti - yemək pulunu kəsib gələcəkdə onların hansısa peşəyə yiyələnməsi üçün repetitorlara verirlər:

"Faktdır ki, hazırda repetitor yanında getmədən universitetlərə qəbul olmaq çətin məsələdir.

Toxunmaq istədiyim digər bir məsələ isə məktəblərin ətrafında əslində qəzet köşkü kimi rəsmiləşən yerlərdə siqaret satılması, həmçinin ətrafdakı kafelərdə qəlyan, spirtli içkilərin təklif olunmasıdır. Təəssüf ki, müvafiq dövlət qurumları bunun qarşısının alınması istiqamətində tədbirlər görmürlər".

O, 15 yaşına qədər uşaqların ağır işlərə cəlb edilməsinin qanunla mümkün olmamasına da toxunub:

"Bəs 15 yaşına çatan uşaq işi necə tapsın? Bununla bağlı da bir portal yaradılması mümkündür. Bu prosesə dövlət qurumları dəstək göstərə bilərlər".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
66
oxu.az

1Mənbələr