AZ

Yolu bağlayan sürücü “uzaqdayam” deyib sakinləri qəzəbləndirdi VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Nərimanov rayonundakı yaşayış məhəllələrindən birində dayanma-durma qaydasını pozan sürücü sakinlərin narazılığına səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, bu barədə sakinlərdən biri görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb.

Kadrlardan göründüyü kimi, 90-UJ-752 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yolun ortasında saxlayaraq digər avtomobillərin hərəkətinə maneə yaradıb.

Sakinin iddiasına əsasən, sürücü ilə əlaqə saxlanılsa da, o, “uzaqdayam” deyərək nəqliyyat vasitəsini uzun müddət həmin vəziyyətdə saxlayıb.

Qeyd edək ki, yaşayış məhəllələrində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində, xüsusilə də digər avtomobillərin hərəkətini məhdudlaşdıracaq şəkildə saxlanılması inzibati məsuliyyət yaradır. 

Nərmin

Oxunub 170

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
avtosfer.az

1Mənbələr