AZ

BMU nun daha bir əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Tədqiqat Mərkəzinin elmi işçisi Əsmət Əzizovanın həmmüəllifi olduğu elmi məqalə nüfuzlu Journal of Molecular Structure-də dərc edilib. Q1 kateqoriyalı beynəlxalq jurnal Scopus bazasında indekslənir.

“Hydrogen-bonded supramolecular networks in hydrated nicotinoyl-hydrazones-based derivatives with partial covalent character of O–H···N and O–H···O hydrogen bonds: Insights from X-ray and computational studies” adlı məqalədə hidratlaşmış nikotinoil-hidrazon törəmələrinin quruluşu və hidrogen rabitələrinin xüsusiyyətləri  eksperimental və nəzəri üsullarla araşdırılıb.

Tədqiqat nəticəsində müəyyən edilib ki, hidratlaşma və izomerlik molekullararası hidrogen rabitələrinin xarakterinə və maddələrin stabilliyinə birbaşa təsir göstərir.

Məqalə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: 

//www.scopus.com/pages/publications/105028579355?origin=resultslist

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
81
modern.az

1Mənbələr