
“Belarus artıq müdafiə qabiliyyətini gücləndirməli olacaq”.
Missiya.Az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"İstəsək də, istəməsək də, mən Belarus xalqını bu barədə çoxdan xəbərdar etmişəm, bunu daha yaxşı bilirsiniz, müdafiə qabiliyyətimizi gücləndirməli olacağıq", - deyə siyasətçi vurğulayıb.
Lukaşenko qeyd edib ki, Belarus sərhədləri yaxınlığında, xüsusən də Polşadan hərbi komponentin artması yalnız narahatlıq doğurmur:
"Başa düşürük ki, bu, boş yerə edilmir. İnsanlar boş yerə tanklara və sursatlara pul xərcləmirlər. Buna görə də, bir vaxtlar Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatını nəzərə alaraq, müdafiə qabiliyyətimizi daha ciddi miqyasda gücləndirmək qərarı vermişdim", - deyə siyasətçi əlavə edib.
Daşqın HəsənovMissiya.Az