AZ

İndoneziya münaqişə bölgələrinə hərbçi göndərməyi planlaşdırır

İndoneziya münaqişə bölgələrinə hərbçi göndərməyi planlaşdırır

İndoneziya Qəzza kimi münaqişə zonalarında yerləşdirilməsi nəzərdə tutulan 5 min ilə 8 min arasında şəxsi heyətin hazırlıqlarına başladığını elan edib.

"Antara" agentliyinin xəbərinə görə, İndoneziya Milli Silahlı Qüvvələrinin (TNI) komandanı, ordu generalı Maruli Simancuntak hərbçilərin qaynar nöqtələrə göndərilməsi planı ilə bağlı açıqlamalar verib.

General hazırlıq prosesinin artıq başladığını qeyd etsə də, missiyanın icra ediləcəyi konkret yerlərin və tarixlərin hələlik dəqiqləşmədiyini bildirib. M.Simancuntak hərbçilərin sayı ilə bağlı müzakirələrin davam etdiyini vurğulayaraq "Şəxsi heyətin sayı 5 min ilə 8 min arasında ola bilər. Hər şey hələ müzakirə mərhələsindədir, rəqəmlər barədə qəti qərar verilməyib" deyib.

İndoneziyanın Qəzzaya qoşun göndərən ilk ölkə olacağı iddia edilir

Trampın Qəzza planı çərçivəsində bölgədə təhlükəsizliyi təmin etmək məqsədilə yaradılan Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) yerləşdiriləcəyi bildirilib. Qəzzada fəaliyyət göstərəcək bu beynəlxalq qüvvəyə ABŞ-ın general-mayoru Casper Ceffersin komandanlıq edəcəyi açıqlanıb.

İddialara görə, İndoneziya ISF çərçivəsində Qəzzaya qoşun göndərən ilk ölkə olacaq. İndoneziya hərbçilərinin bölgənin cənubundakı Rəfah və Xan Yunis şəhərləri arasındakı ərazidə yerləşdiriləcəyi irəli sürülür.

Seçilən
47
8
afn.az

9Mənbələr