AZ

“Baku Fashion Club” platformasının rəhbəri: Vyana xeyriyyə balı çərçivəsində Azərbaycan brendinin nümayişi olacaq

Bakı, 10 fevral, G. Alıyeva, foto- S. Məcnun, AZƏRTAC

“Baku Fashion Club” Vyana xeyriyyə balının bir hissəsi olaraq moda sürprizi hazırlayır. Azərbaycan brendi ilə birlikdə axşamın estetik baxımdan diqqətçəkən bir məqamı olacağı, milli moda səhnəsinin gözəlliyini və unikallığını vurğulayacağı gözlənilən bir şou təqdim edəcəyik.

Bu barədə “Baku Fashion Club” platformasının rəhbəri Lyubov Qutorova-Poyraz jurnalistlərə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, layihənin əsas missiyası Azərbaycan modasını populyarlaşdırmaq, yerli brendləri dəstəkləmək və bütövlükdə sənayeni inkişaf etdirməkdir.

“Moda, ilk növbədə, estetika və gözəllikdir. Ortaq məqsədimiz moda, mədəniyyət və incəsənət sahəsində çalışanları dəstəkləmək, eləcə də həyatımızı daha gözəl edən hər bir şeyi inkişaf etdirmək və populyarlaşdırmaqdır”, - deyə Lyubov Qutorova-Poyraz vurğulayıb.

Seçilən
119
azertag.az

1Mənbələr