AZ

Tramp qərar verdi: Neft xətti bağlandı

Meksika dövlət başçısı Klaudia Şeinbaum ABŞ Prezidenti Donald Trampın Kubaya neft satan və ya tədarük edən ölkələrdən idxal olunan mallara gömrük rüsumu tətbiq etməsindən sonra bu ölkəyə neft tədarükünü dayandırıb.

"Cebheinfo.az" xəbər verir ki, Şeinbaum mətbuat konfransında Trampın Kubaya neft göndərən ölkələrə qarşı gömrük tarifləri tətbiq etməsi qərarından sonra yaranmış vəziyyətlə bağlı açıqlamalar verib.

Meksikadan Kubaya neft tədarükünün dayandırıldığını təsdiqləyən Şeinbaum deyib: “Kubaya neft satan ölkələrə sanksiya tətbiq etmək çox ədalətsizdir. Bu, son dərəcə ədalətsiz və düzgün deyil, çünki insanlara təsir edən sanksiyalar heç vaxt haqlı ola bilməz. Siz Kubanın idarəetmə sistemini dəstəkləyə və ya dəstəkləməyə bilərsiniz, lakin insanlar bundan zərər görməməlidir”.

Şeinbaum əlavə edib ki, ABŞ ilə Meksikanın neft ixracını davam etdirməsinə imkan verəcək razılaşma üçün danışıqlar davam edir: “Kubaya humanitar yardım dayandırılmayacaq. Kubaya dəstəyimizi davam etdirəcəyik və neft tədarükünün yenidən başlanması üçün bütün zəruri diplomatik addımları atacağıq”.

Seçilən
32
1
cebheinfo.az

2Mənbələr