PSJ-nin yarımmüdafiəçisi Vitinya karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, 25 yaşlı futbolçu “Real Madrid”in maraq dairəsindədir. Madrid klubunun prezidenti Florentino Peres portuqaliyalı oyunçu üçün 120 milyon avro ödəməyə hazırdır.
Vitinyanın PSJ ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
O, bu mövsüm Paris təmsilçisinin heyətində 32 oyunda 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.