AZ

Yaponiyanın ən yaşlı adamı vəfat etdi

Yaponiyanın ən yaşlı kişisi vəfat edib.

 1914-cü il martın 14-də Yaponiyada doğulan Mizuno Kiyotaka 110 yaşında dünyasını dəyişib.

O, Yaponiya tarixində Taişo, Şova, Heisei və Reiva olmaqla dörd imperator dövrünü yaşamış nadir insanlardan olub.

Son illərini oğlu ilə birlikdə keçirən Mizuno təxminən 50 il kənd təsərrüfatı ilə məşğul olub və ölümünə qədər gündə üç dəfə yemək yeyib. 

O, 2024-cü ilin avqustunda Yaponiyanın "ən yaşlı kişisi” titulunu almışdı və uzunömürlülüyünün sirri ilə bağlı "Bunu özüm də bilmirəm” demişdi.
 
 

Seçilən
80
7news.az

1Mənbələr