İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel mövsümün sonunda “Nyukasl”ın baş məşqçisi postuna namizədlər arasında yer alır.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssisin milli komanda ilə müqaviləsi 2026-cı il dünya çempionatının final mərhələsinədək qüvvədədir.
“Nyukasl”ın hazırkı baş məşqçisi Eddi Hau mövsümün sonunda vəzifəsini tərk edə bilər. Premyer Liqada komandanın yalnız 12-ci pillədə qərarlaşması azarkeşlərin narazılığına səbəb olub.
52 yaşlı Tomas Tuxel məşqçi karyerası ərzində PSJ ilə iki dəfə Fransa çempionu olub, “Çelsi” ilə Çempionlar Liqasını qazanıb.
O, həmçinin Dortmund “Borussiya”sını çalışdırıb və “Bavariya” ilə 2022/2023 mövsümündə Bundesliqa çempionu olub.