AZ

İraqda neft emalı zavodunda güclü YANĞIN - Ölən və yaralananlar var

İraqda neft emalı zavodunda yanğın baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.

Selahaddin vilayətinin Beyci şəhərində yerləşən "Selahaddin-2" Neft Emalı Zavodunda çıxan yanğına mülki müdafiə qüvvələrinin müdaxilə etdiyi bildirilib.

Zavodda baş verən yanğının benzin təkmilləşdirmə bölməsində başladığı vurğulanan xəbərdə mülki müdafiə qüvvələrinin dərhal müdaxiləsi ilə yanğının nəzarət altına alındığı qeyd edilib.


Seçilən
27
manset.az

1Mənbələr