AZ

Yeni Günəşlidə piyada keçidi problemi: Avtobuslar zolağın üzərində dayanır

ain.az, Oxu.az saytına istinadən bildirir.

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində çəkilmiş piyada zolağı həm sürücülər, həm də piyadalar üçün təhlükə mənbəyinə çevrilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşılan videogörüntü müzakirə mövzusu olub.

Yeni Günəşlidə piyada keçidi problemi: "Avtobuslar zolağın üzərində dayanır"

Bildirilib ki, Surxay Noçuyev küçəsində mövcud olan piyada zolağı birbaşa avtobus dayanacağının qarşısında çəkilib ki, bu da mövcud qaydalara ziddir.

"Dayanacağa daxil olan avtobuslar məcburən piyada zolağının üzərində dayanmalı olurlar. Bu hal isə həm piyadaların təhlükəsizliyini risk altına salır, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradır", - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, həm piyada keçidi, həm də avtobus dayanacağı illər əvvəl mövcud infrastruktur əsasında quraşdırılıb.

Onun sözlərinə görə, hazırda ərazinin infrastrukturu piyada keçidinin və avtobus dayanacağının yerinin dəyişdirilməsinə imkan vermir:

"Qeyd edək ki, sözügedən ünvanda piyada keçidi piyada tələbinə uyğun yerdə yaradılıb. Eyni zamanda, ictimai nəqliyyat istifadəçilərinin rahatlığı üçün dayanacaq pavilyonu səkinin imkan verdiyi ərazidə təşkil olunub. Gələcəkdə alternativ şərait yaranacağı təqdirdə əraziyə yenidən baxış keçiriləcək".

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
oxu.az

1Mənbələr