AZ

Tıxaca səbri çatmayan sürücü 100 manatlıq qayda pozdu VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qayda pozan sürücü öz videosunu sosial şəbəkədə paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb.

Belə ki, tıxacda gözləmək istəməyən 50-DT-521 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü avtobus zolağına çıxaraq hərəkət edib və bu zaman özünü lentə alıb.

Xatırladaq ki, qanunvericiliyə əsasən, avtobus zolağından müəyyən edilmiş saatlar xaricində istifadə qadağandır və bu qaydanı pozan sürücülər 100 manat  məbləğində cərimələnə bilərlər.

Nərmin

Oxunub 158

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
avtosfer.az

1Mənbələr