AZ

Bakıda yağan qar nə qədər davam edəcək? KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda müşahidə olunan qarlı hava şəraiti paytaxtda gündəlik həyatın ritminə təsir göstərib. Gecə və səhər saatlarında yağan qar nəqliyyatın hərəkətində ləngimələrə səbəb olub, şəhərin bəzi ərazilərində isə sürüşmə riski yaranıb. Maraqlıdır, Bakıda yağan qar nə vaxta qədər davam edəcək?

Mövzu ilə bağlı Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Bakıda müşahidə olunan hazırkı yağıntılı hava şəraiti fonunda gecə saatlarında temperaturun 0°C-yə yaxın və -1°C-yədək enəcəyi gözlənilir ki, bu da yaş səthlərin donmasına səbəb ola bilər.

“Güclü şimal-qərb küləyi “hiss edilən temperaturu” daha da aşağı salır ki, bu da rütubətli yerlərdə buzlaşma prosesini sürətləndirir. Aidiyyəti qurumlar tərəfindən xüsusilə körpülərdə və şəhər kənarındakı yollarda sürət həddinə diqqət yetirmək tövsiyə olunur”.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
2
konkret.az

3Mənbələr