AZ

İki soydaşımız boks üzrə Gürcüstan çempionu olub

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 10 fevral, AZƏRTAC

Gürcüstanda boks üzrə ölkə çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda Gürcüstanda yaşayan soydaşlarımız da iştirak ediblər.

Dmanisidən olan soydaşımız Ramil İskəndərov 90 kiloqramdan yuxarı çəki dərəcəsində finalda Emir Vazaqovu məğlub edərək çempion olub.

Qardabanidən olan digər boksçu Emil İsmayılov isə 55 kiloqram üzrə final görüşündə Giorgi Kilasoniyaya qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
azertag.az

2Mənbələr