AZ

İlham Əliyevə verilən “Körfəz Nobeli”: Bakının dünyada rolu artır

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“4 fevral 2026-cı il tarixində Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı” (“Körfəz Nobeli” də adlandır – red.) təqdim edilib. Bu, Azərbaycanın müasir dövrdə sülh siyasəti, multikulturalizm və dinlərarası dialoq sahəsində göstərdiyi nümunəvi fəaliyyətin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir”.

Bu sözləri Globalinfo.az-a deputat Rövşən Muradov deyib.

O bildirib ki, bu mükafat yalnız bir dövlət başçısına verilən ehtiram deyil, eyni zamanda Azərbaycanın qlobal humanitar gündəliyə verdiyi real töhfələrin beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilməsinin təzahürüdür:

“Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülhün, tolerantlığın, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xidmət edən ən nüfuzlu beynəlxalq mükafatlardan biridir. Mükafata layiq görülmək yalnız niyyət və bəyanatlarla deyil, uzunmüddətli və sistemli fəaliyyət, dövlət siyasətində humanist dəyərlərə sadiqlik və qlobal məsuliyyətlə mümkündür. Cənab Prezidentin bu mükafata layiq görülməsi Azərbaycanın məhz bu meyarlara cavab verdiyini bir daha təsdiqləyir”.

R.Muradov əlavə edib ki, Azərbaycan multikulturalizm, dini dözümlülük və birgəyaşayış prinsiplərini dövlət siyasətinin əsas sütunlarından birinə çevirib:

Rövşən Muradov

“Ölkədə müxtəlif din və etnik qrupların nümayəndələri əsrlər boyu qarşılıqlı hörmət və etimad şəraitində yaşayıb, bu ənənə müasir dövrdə də qorunub möhkəmləndirilib. Mükafatlandırma mərasimində Prezident İlham Əliyev dinlərarası dialoqun inkişafında beynəlxalq dini liderlərin rolunu vurğuladı, Əl-Əzhərin böyük imamı doktor Əhməd Əl-Tayyib və Roma Papası Leoya təşəkkürünü bildirdi. Eyni zamanda, Azərbaycanın Ermənistanla sülhə keçid prosesinin əhəmiyyətini qeyd etdi. Dedi ki, biz 30 ildən artıq müharibə şəraitində olmuşuq, indi isə altı aydır ki, sülh şəraitində yaşayırıq. İlham Əliyev Azərbaycanın sülh təcrübəsinin beynəlxalq əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, uzunmüddətli münaqişələr və humanitar fəsadlara baxmayaraq, sülh yalnız güclü siyasi iradə və beynəlxalq dəstək olduqda mümkündür. Mükafatın Əbu-Dabidə təqdim olunması həm Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasındakı strateji tərəfdaşlığı, həm də tolerantlıq, multikulturalizm və dinlərarası dialoqun təşviqində ortaq dəyərləri nümayiş etdirir”.

R.Muradov vurğulayıb ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın beynəlxalq humanitar diplomatiyada artan rolunu və nüfuzunu göstərir, ölkəmizin regional və qlobal miqyasda sülh və sabitliyə töhfə verən dövlət kimi qəbul olunmasını təmin edir:

“Nəticə etibarilə, Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi Azərbaycan dövlət siyasətinin, liderlik modelinin və humanist dəyərlərə əsaslanan inkişaf strategiyasının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin təsdiqidir. Ölkə rəhbəri sülh, tolerantlıq və insan qardaşlığı dəyərlərinin dünya miqyasında layiqli daşıyıcısı kimi tanınır”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
globalinfo.az

1Mənbələr