AZ

Çox sevincli və qürurluyam - Medal qazanan güləşçimiz

Böyüklər arasında keçirilən reytinq turnirində bürünc medal qazandığım üçün çox sevincli və qürurluyam.

"Unikal" xəbər verir ki, bu sözləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turnirində fəxri kürsüyə qalxan Azərbaycanın qadın güləşçisi Zəhra Kərimzadə (72 kiloqram) federasiyanın rəsmi saytına açıqlamasında deyib.

2024-cü ildə yeniyetmələr dünya və Avropa üçüncüsü olan Zəhra Kərimzadə böyüklər arasında ilk dəfə mübarizə apardığı turnirdəki çıxışını dəyərləndirib: “İlk görüşdə türkiyəli olimpiya mükafatçısı Buse Tosunla qarşılaşdım. Məğlub olsam da, ruhdan düşmədim. Bürünc medal uğrunda Yaponiya təmsilçisiylə güləşdim. Titullu rəqiblə qarşılaşacağımı bilirdim. Məşqçilərimiz məni psixoloji və taktiki cəhətdən görüşə yüksək səviyyədə hazırladı. Onların verdiyi motivasiya nəticəsində qarşılaşmaya tam hazır oldum. Mübarizəmiz gərgin keçdi. Sona kimi güləşdim və qalib oldum. Üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. İnşallah, növbəti yarışlarda bürünc medalı qızıl mükafatla əvəz edərəm”.

Seçilən
43
50
unikal.az

10Mənbələr