AZ

Ayrılandan sonra beyin 14 ay o adamı axtarır - Alimlər




Ayrılıq təkcə ürək üçün yox, beyin üçün də çətin olur. O insanı unutdurmayan və buraxmayan da beyin olur.


Medicina.az xəbər verir ki,Arizona universitetinin neyrobioloqları bədənin zehindən daha çox yaddaşa malik olduğunu sübut edib.

Nəyə görə ayrılıq bu qədər ağrılıdır?

Çünki beyin insandan ayrılanda, onun yoxa çıxmasını, daha mövcud olmadığını sürətlə və həmin an başa düşmür.

Çünki neyron bağlar, əlaqələr o adamla bağlı illərlə formalaşıb.

Beyində o adamla bağlı dünya formalaşıb. Fiziki ayrılmaq, boşanmaq və s. bu mənzərəni dağıtmır. Beyin uzun müddət o dünyada itən parçanı, fiquru axtarmağa davam edir.

Tədqiqatlar göstərib ki, bağlılıq aktivliyi və axtarış orta hesabla 12-15 aya qədər davam edir.

Xüsusən gecələr beyin bu axtarışı aktiv edir, yuxuda həmin adamla bağlı xatirələri, gözləntiləri canlandırır.Limbik sistem bu adamı istəyir.

Ayrılıq beyin üçün, xüsusən münasibət 1 ildən artıq çəkibsə, narkotik “lomkaya” bənzəyir. Hətta yollar axtarır, insanı məcbur edir ki, qayıtmağa, barışmağa can atsın, nəsə etsin.

Beyinə yeni reallığın kartasını qurmaq üçün zaman lazımdır, amma ona dofamin kimi həmin adamı axtarmaq, şəklinə baxmaqla ümid vermək olmaz.


Aygün Musayeva


Seçilən
40
1
medicina.az

2Mənbələr