Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Real" imtina verdi, "Mançester Siti" fürsəti qaçırmadı
"Real" klubu qış transfer pəncərəsində İngiltərə millisinin üzvünü heyətinə qatmaqdan imtina edib.
QOL.az xəbər verir ki, söhbət müdafiəçi Mark Qehidən gedir.
"Kristal Palas"la müqaviləsi yayda başa çatacaq futbolçu yanvar ayında "kral klubu"na təklif olunub. Lakin klub münasib qiymətə baxmayaraq bu keçidə razılıq verməyib.
Nəticədə 25 yaşlı müdafiəçi "Mançester Siti"yə üz tutub. "Şəhərlilər"in bu transfer üçün 23 milyon avro ödədiyi bildirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.