AZ

Sığorta şirkəti ziyanı qarşılamaqdan boyun qaçırır?

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Vətəndaş Pərvin Nəsibov Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, o, yerli diler şirkətdən avtomobil alıb. Nəqliyyat vasitəsi sığortalı olub. Avtomobil qəzaya uğrayıb, lakin sığorta şirkəti təmirini həyata keçirmir.

"Yanvarın 8-də avtomobil qəzaya uğrayıb. Bütün prosedurlar yerinə yetirilib, amma yanvarın 12-də sığorta şirkəti bizə bildirdi ki, təmir üçün 200 manat əlavə ödəniş edilməlidir. Biz bütün ödənişləri etdik, amma artıq bir aya yaxındır ki, avtomobil təmirsiz vəziyyətdə qalıb. Biz üç dəfə servislərə göndərildik, iki dəfə isə sığorta şirkətində olmuşuq, amma heç bir əməkdaşla görüşə bilmədik. Bu gün də biz sığorta şirkətinə çağırıldıq, amma rəhbər şəxs qarşımıza çıxmadı.

Servisin qiymətləndirməsinə görə, avtomobilin zərəri 7 295 manatdır. Lakin sığorta şirkəti bu məbləği ödəməkdən boyun qaçırır və deyir ki, qiymət çox yüksək yazılıb, bu məbləğlə razı deyilik. Biz maşını kasko sığortalatmışıq və hər hansı bir hadisə zamanı 59 000 manat ödəməli idilər", - şikayətçi Pərvin Nəsibov qeyd edib.

Sığorta şirkəti ziyanı qarşılamaqdan boyun qaçırır?

Sığorta şirkətindən bildirilib ki, hadisə yerinə baxış keçirilib və 8 yanvar 2026-cı il tarixində baş verən hadisə sığorta hadisəsi kimi tanınıb:

"Nəqliyyat vasitəsi şəhadətnamə təminatına əsasən, rəsmi servis mərkəzinə yönləndirilib. Servis mərkəzi tərəfindən 23 yanvar 2026-cı il tarixində qiymət təklifi təqdim edilib. 26 yanvar 2026-cı il tarixində tərtib olunan zərər aktına əsasən, nəqliyyat vasitəsinin ön bamperinin bərpasının mümkün olduğu servis tərəfindən təsdiqlənib və dəymiş zərər məbləği 6 073 manat təşkil edib. Həmin məbləğ təmir başa çatdıqdan sonra şirkətimiz tərəfindən servisə ödəniləcək.

Bundan əlavə, servis mərkəzi tərəfindən dəyişdirilməsi nəzərdə tutulan ehtiyat hissələri sığorta olunanın razılığı ilə sifariş edilib. Qeyd olunan ehtiyat hissələrinin ölkə ərazisində çatdırılma müddəti isə 30 iş günüdür".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
oxu.az

1Mənbələr