AZ

Fransa'da başörtülü Müslüman siyasetçi şikayət ərizəsi verib



Fransanın Reynland bələdiyyəsinin üzvü və mart ayında yenidən seçkilərə qatılan Aurore Katramiz, hicabına görə sosial mediada ona qarşı nifrət dolu şərhlər yazanlara qarşı qanuni tədbirlər görüb.Milli medianın məlumatına görə, 2020-ci ildən bəri Rehon Bələdiyyəsinin şura üzvü olan Aurore Katramiz sosial mediada ona qarşı yönəlmiş təhqirlər və nifrət dolu çıxışlarla bağlı prokurorluğa şikayət ərizəsi verib.
Təxminən altı ildir Rehonda şura üzvü vəzifəsində çalışan 39 yaşlı hicablı siyasətçi Katramiz Fransa mətbuatına verdiyi müsahibədə bildirib ki, “(2020-ci ildə vəzifəyə başlayanda) o zaman da tənqid olunmuşdum, amma bu dərəcədə, bu qədər şiddətli deyil”.

Hicab taxdığı üçün vəzifəyə başladığı ilk gündən nifrət dolu çıxışlarla üzləşdiyini deyən Katramiz, sosial mediada onu hədəf alan paylaşımlara şərh verərək deyib: “Onlar açıq şəkildə, birbaşa olaraq, şəxsi tanımadan nifrət yayırlar”.

Katramiz müsəlman olduğu üçün hicab taxdığını və bunun onun namizədliyinə maneə olmamalı olduğunu vurğulayıb.

Fransanın böyük şəhərlərində yerli seçkilər 15 və 22 martda iki turda keçiriləcək. Katramiz mart ayında keçiriləcək yerli seçkilərdə Rehon meri Jan-Pyer Veberin siyahısında müstəqil namizəd kimi iştirak edir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
46
aia.az

1Mənbələr