AZ

Prezident İlham Əliyev: Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur

BAKI,TurkicWorld

Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur.

TurkicWorld xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ-ın Vitse-Prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında bildirib.

"Hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz, həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz, həmçinin enerji təhlükəsi ilə bağlı məsələlərdə işbirliyi quracağıq. Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ- ın müttəfiqləridir", - deyə dövlətimizin başçısı vurğulayıb.

Seçilən
32
18
turkic.world

10Mənbələr