AZ

İnfarktın ilginc səbəbi ortaya çıxdı Buna mütləq diqqət edin!

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Fevralın 9-da sabiq deputat Fəzail Ağamalının vəfatından sonra ürək tutmasından ölüm hallarının artması yenidən gündəmdədir. Qeyd edək ki, onun bir müddətdir xərçəng xəstəliyinə görə müalicə aldığı da bildirilirdi.

Ümumiyyətlə, hansı sağlamlıq problemləri ürək tutmasını tətikləyə bilər? Başqa bir xəstəliyin müalicəsi üçün qəbul edilən dərmanlar, müalicə prosesi infarkta yol açırmı?

Globalinfo.az-a danışan terapevt Aygün Sayılova deyib ki, ürək tutması və ya infarkt çox vaxt tək bir səbəbdən yox, bir neçə sağlamlıq probleminin üst-üstə düşməsi nəticəsində baş verir:

“Ən çox risk yaradan amillər yüksək qan təzyiqi, şəkərli diabet, xolesterinin yüksək olması, piylənmə və maddələr mübadiləsi pozğunluqları, xroniki böyrək xəstəlikləri və aritmiyadır. Bəzi hallarda başqa xəstəliklərin müalicəsi üçün qəbul edilən dərmanların da dolayı yolla infarkt riskini artırması mümkündür. Hormonal preparatlar, xüsusən bəzi kontraseptivlərin laxtalanma riskini yüksəltmə ehtimalı çoxdur. Steroidlər uzunmüddətli istifadə zamanı təzyiqi və xolesterini artıra bilər. Bəzi ağrıkəsicilər uzun müddət və nəzarətsiz qəbul edildikdə ürək-damar sisteminə mənfi təsiri mümkündür. Kimyaterapiya və bəzi ağır müalicə üsulları da ürək əzələsini zəiflədə bilər”.

Terapevt bildirib ki, yanlış dozada və ya həkim nəzarəti olmadan dərman qəbulu ciddi risk yaradır:

“Dərmanlar adətən təkbaşına infarkt yaratmır, amma mövcud risk faktorları varsa, prosesi sürətləndirə bilər. Buna görə də xroniki xəstəliyi olan şəxslər qəbul etdikləri dərmanlar barədə mütləq həkimə ürək-damar riskləri ilə bağlı məlumat verməlidirlər”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
globalinfo.az

1Mənbələr