Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.
Tiflis Şəhər Məhkəməsində keçirilən dinləmə zamanı Melia hakimi şifahi şəkildə təhqir edib
Gürcüstanın müxalif siyasətçi Nika Melia daha bir cinayətdə - bu dəfə məhkəməyə hörmətsizlikdə ittiham olunur. AYNA.AZ gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, Melia başqa bir cinayət işi üzrə cəza çəkdiyindən prokurorluq məhkəməyə ilkin dinləmə təyin etmək üçün vəsatət göndərib.
Daxili İşlər Nazirliyinin (DİN) araşdırması nəticəsində məlum olub ki, 10 noyabr 2025-ci ildə Tiflis Şəhər Məhkəməsində keçirilən dinləmə zamanı Melia hakimi şifahi şəkildə təhqir edib.
Melia Gürcüstan Cinayət Məcəlləsinin 366-cı maddəsinin 2-ci hissəsi - "Hakimi təhqir etməklə ifadə edilən məhkəməyə hörmətsizlik" ilə ittiham olunur.
Bu maddələrə görə cəza iki ilə qədər həbsi nəzərdə tutur. Melia başqa bir cinayət işi üzrə cəza çəkdiyindən, prokurorluq məhkəməyə ilkin dinləmə təyin etmək üçün vəsatət göndərib.
Noyabrın əvvəlində Melia hakimə su atdığına görə bir il altı ay müddətinə azadlıqdan məhrum edilib. Cəzanın müddəti 20 iyun 2025-ci ildə, ittihamların irəli sürüldüyü gündən başlayır.
Qeyd edək ki, Melia bu ilin 29 may tarixində inzibati qaydada saxlanılıb. Növbəti gün müvəqqəti parlament istintaq komissiyasına gəlmədiyinə görə məhkəmə prosesi keçirilib və o həbs edilib. Məhkəmə iclası zamanı Melia hakim Zviad Şvanqiradzeyə su qabı atıb.
Melia müvəqqəti parlament istintaq komissiyasının tələblərini yerinə yetirməməkdə günahkar bilinib. O səkkiz ay həbs cəzasına məhkum edildi və iki il müddətinə vəzifə tutmaq hüququndan məhrum olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.