AZ

Səfirlik: "Strateji Tərəfdaşlıq Xartiyası münasibətləri daha da möhkəmləndirəcək"

"Bu gün ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda görüşərək 8 avqustdakı tarixi Ağ Ev Sülh Sammitinin icrasını müzakirə edib, regionda sülh, təhlükəsizlik və rifah naminə ortaq öhdəliklərini bir daha təsdiqləyiblər".

"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımında bildirilir.

"Görüş çərçivəsində liderlər ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar. Bu sənəd iki ölkə arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunun böyük potensialının reallaşdırılması istiqamətində Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə sadiqdir", - deyə səfirliyin paylaşımında vurğulanır.

Seçilən
39
11
olke.az

10Mənbələr