AZ

Epşteynin yazışmalarında Makron ŞOKU: “Sevgilisinin fotosunu mənə göstərdilər”

Epşteyn yazışmalarında Makronun “sevgilisi”dən bəhs edib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilən məxfi sənədlərdə məlumat yayılıb.

Məşhur amerikalı maliyyəçi Ceffri Epşteynin sızdırılan yazışmalarında Fransa Prezidenti Emmanuel Makronun şəxsi həyatı ilə bağlı səs-küylü iddialar yer alıb.

Sənədlərə görə, Epşteyn həmsöhbətlərindən birinə Makronun “sevgilisinin” (boyfrendinin) fotosunun ona göstərildiyini bildirib.

“Mənə Makronun boyfrendinin fotosunu göstərdilər. Ax… ikiüzlülük”, – maliyyəçi qeyd edib.

Epşteynin həmsöhbəti isə cavab olaraq həmin fotodakı şəxsin hansısa “əsgər” olub-olmadığını soruşub.

Maliyyəçi öz növbəsində əlavə edib ki, ona təkcə sözügedən foto deyil, həmçinin Makronla bağlı digər “pikant detallar” da təqdim olunub.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı bu materiallar beynəlxalq səviyyədə böyük rezonans doğurub və Epşteynin əlaqədə olduğu yüksək rütbəli şəxslərin siyahısı ilə bağlı yeni suallar yaradıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
interpress.az

1Mənbələr