AZ

“Tehran etirazları təhlükə kimi qiymətləndirir” - Aytən Qurbanova

"İranda son etiraz aksiyalarından sonra saxlanılan şəxslərin əfv siyahısına daxil edilməməsi barədə məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhseni Ejeyi tərəfindən verilən qərar rəsmi Tehranın daxili sabitliyə yanaşmasının mahiyyətini açıq şəkildə ortaya qoyur. Sözügedən addım klassik hüquqi prosedurdan daha çox, dövlətin təhlükəsizlik mərkəzli və sərt idarəetmə xəttinin davamı kimi dəyərləndirilə bilər. Bu qərar onu göstərir ki, İran hakimiyyəti etirazları sosial-iqtisadi narazılığın təbii ifadəsi kimi deyil, mövcud siyasi sistemə yönəlmiş potensial təhlükə prizmasından qiymətləndirir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Xatırladaq ki, İranda son etiraz aksiyaları ilə əlaqədar həbs edilən şəxslər əfv siyahısına daxil edilməyəcək. Bu barədə İran məhkəmə hakimiyyətinin rəhbəri Qülamhüseyn Möhseni Ejeyi açıqlama verib. Ejeyi son aksiyalarda saxlanılanların adlarının əfv siyahısından çıxarılması barədə göstəriş verdiyini bildirib. Qeyd edək ki, ötən ilin dekabr ayının sonlarında milli valyutanın kəskin dəyər itirməsinə etiraz olaraq Tehranda aksiyalar keçirilib və qısa müddətdə ölkənin müxtəlif bölgələrinə yayılıb. Hadisələr zamanı polis qüvvələri ilə toqquşmalar baş verib, zorakılıq halları qeydə alınıb. İran hökumətinin məlumatına görə, bu proseslər nəticəsində, təhlükəsizlik qüvvələri də daxil olmaqla, 3 117 nəfər həlak olub. Etirazlar bir müddət sonra dayandırılıb.

Siyasi şərhçi qeyd edib ki, etirazçılara qarşı əfv mexanizminin istisna edilməsi dövlət institutlarının prinsipial mövqeyini nümayiş etdirməklə yanaşı, hakimiyyətin geri addım atmaq niyyətində olmadığını göstərir.

Seçilən
88
aznews.az

1Mənbələr