AZ

Qobustanda nənə və nəvə dəm qazından öldülər

Qobustanda bədbəxt hadisə nəticəsində iki nəfər ölüb.

"Yeni Sabah" "Unikal"a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Qobustan şəhəri ərazisində baş verib. İlkin məlumata görə, 68 yaşlı Qızbacı Mədətova və onun 13 yaşlı nəvəsi Gülmalı Mədətov hamamda dəm qazından zəhərlənərək həyatlarını itiriblər.

Hazırda ölümün dəqiq səbəbi və hadisənin təfərrüatı müvafiq qurumlar tərəfindən araşdırılır.


Telegram kanalımız
Seçilən
29
14
yenisabah.az

10Mənbələr