AZ

Şamaxıda AĞIR QƏZA: Ölən var

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Bakı-Şamaxı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində “Niva” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. 

Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 66 yaşlı Qabil Sərkərov ağır xəsarət alıb və xəstəxanada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bizim.Media, Aran bürosu

Seçilən
38
14
bizim.media

10Mənbələr