AZ

Fransanın şərab ixracı son 20 ilin ən aşağı səviyyəsinə düşüb

Banco.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransanın şərab ixracı son 20 ilin ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, Fransanın şərab və yüksək spirt tərkibli içkilər üzrə ixracı ticarət gərginlikləri və zəif tələbat fonunda ən azı 20 ilin ən aşağı səviyyəsinə enib.

Fransız spirtli içkilər ixracatçıları federasiyası “FEVS”in məlumatlarına görə, ötən il ixracın həcmi 2024-cü illə müqayisədə 8 faiz azalaraq 14,3 milyard avroya (17 milyard dollar) düşüb. Fiziki həcm baxımından isə ixrac təxminən 3 faiz azalıb.

“FEVS”in prezidenti Qabriel Pikard çərşənbə axşamı Parisdə keçirilən “Wine Paris” sərgisində verdiyi müsahibədə bildirib ki, ixrac göstəriciləri həcm baxımından geriləyib və bu, son ən azı 20 ilin ən aşağı səviyyəsidir. Qabriel Pikard əlavə edib ki, dəyər ifadəsində satışlar da 2022-ci ildən bəri azalma tendensiyası göstərir.

Qlobal tələbatın zəifləməsindən irəli gələn çətinliklər ekstremal hava şəraiti və ticarət müharibələri ilə daha da dərinləşir.

Pekinin Avropadan idxal edilən brendi məhsullarına qarşı antidempinq tədbirləri tətbiq etməsi, eləcə də Donald Tramp administrasiyasının idxal rüsumları tətbiq etməsi nəticəsində əsas alıcılar olan Çin və ABŞ-a göndərişlər təxminən beşdə bir nisbətində azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
banco.az

2Mənbələr