AZ

KİV: Ərdoğan onu özünə varis kimi hazırlayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oğlunu öz xələfi kimi hazırlayır.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, 44 yaşlı Bilal Ərdoğan tədricən nəzərəçarpan fiqura çevrilir: o, atasını xarici səfərlərdə müşayiət edir, məmurların seçilməsində iştirak edir və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) daxilində sadiq tərəfdarlar şəbəkəsi formalaşdırır. Bilalın özü birbaşa siyasi ambisiyalarının olduğunu inkar etsə də, ekspertlər qeyd edirlər ki, o, qeyri-rəsmi liderlik təlimi keçir və gələcəkdə partiya rəhbəri və vitse-prezident postlarını tuta bilər.

Seçilən
44
publika.az

1Mənbələr