AZ

"Nəriman komandamıza yeni nəfəs gətirəcək" - “Kolumbus Kru” rəsmisi

style='margin-bottom:10px;'>

ABŞ təmsilçisi “Kolumbus Kru” Azərbaycan millisinin üzvü Nəriman Axundzadədən böyük gözləntilər içindədir.

QOL.az xəbər verir ki, bunu klubun baş meneceri İssa Toll açıqlayıb. O, “Qarabağ”dan transfer olunan gənc futbolçu ilə bağlı fikirlərini bölüşüb:

“Nəriman komandamıza yeni nəfəs gətirəcək. Onun texnikası və meydanda göstərdiyi yüksək enerji bizim oyun fəlsəfəmizə tam uyğundur. O, fərqli xüsusiyyətləri ilə kollektivə əlavə dəyər qatacaq”.

Toll qeyd edib ki, Axundzadə gənc yaşına baxmayaraq artıq həm ölkə çempionatında, həm Avropa arenasında, həm də milli komandada ciddi təcrübə toplayıb:

“Onu Kolumbusda görməkdən çox məmnunuq. Klubumuzda necə inkişaf edəcəyini böyük maraqla izləyəcəyik”.

Xatırladaq ki, Nəriman Axundzadə “Kolumbus Kru” ilə 2029-cu ilin iyununa qədər qüvvədə olacaq müqaviləyə imza atıb.

Seçilən
74
6
teleqraf.com

7Mənbələr