"Qarabağ" ilə ABŞ təmsilçisi "Kolumbus Kru” arasında aparılan danışıqlar yekunlaşıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi və "Kolumbus Kru” məlumat yayıb.
Beləliklə, Nəriman Axundzadənin MLS klubuna keçidi barədə razılıq əldə olunub. 21 yaşlı futbolçu ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb.
Xatırladaq ki, "Qarabağ"ın yetirməsi olan Nəriman premyer-liqada 84 oyunda 24 qol vurub. O, komandanın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.
Qeyd edək ki, U-19 və U-21 yığmalarında da oynamış Nəriman əsas millinin heyətində 13 matç keçirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta