AZ

“Lufthansa” aviaşirkətinin pilot və bələdçiləri birgünlük tətil edəcəklər

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Berlin, 10 fevral, AZƏRTAC

“Lufthansa” aviaşirkətinin pilotları və təyyarə bələdçiləri birgünlük tətil elan ediblər.

AZƏRTAC xəbər verir ki, pilot və uçuş bələdçiləri “Kokpit İttifaqı” həmkarlar təşkilatının çağırışına əsasən daha yüksək pensiya təminatı tələbi ilə tətilə çıxacaqlar. Bort heyətinin “Ufo” həmkarlar ittifaqı isə müxtəlif kollektiv müqavilələr üzrə danışıqların aparılması məqsədilə xəbərdarlıq tətili keçirmək istəyir.

Tətilin fevralın 12-də saat 00:01-dən 23:59-a qədər keçirilməsi nəzərdə tutulur. Kokpit əməkdaşlarının iş yerinə gedişləri, növbətçilik və ehtiyat xidmətləri, eləcə də simulyator təlimlərinin heyətləri də tətilə qoşulacaqlar.

“Lufthansa” şirkəti işçilərin tələbləri ilə yüksək xərclər və konsernin gəlirlərinin azalması səbəbindən razı olmur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
2
azertag.az

3Mənbələr