AZ

Ağdaşda avtomobil aşdı: 4 nəfər xəsarət aldı

Ağdaşda avtomobilin aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Ağdaş ərzindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan zaman “Chevrolet” markalı minik avtomobili idarəetməni itirərək aşıb.

Nəticədə avtomobildə olan dörd nəfər müxtəlif dərəcədə bədən xəsarətləri alaraq Ağdaş Rayon Mərkəzi Xəstəxanasına və Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan 1969-cu il təvəllüdlü Şəmkir rayon sakini Mehdiyeva Şahidə və daha bir sərnişin xəstəxanaya yerləşdiriliblər.

Digər iki sərnişin isə ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Seçilən
20
9
yenisabah.az

10Mənbələr