AZ

Ronaldo Ərəbistandan ayrılsa, hansı ölkədə oynayacaq?

Kriştiano Ronaldonun “Əl-Nəsr”dakı boykotu fonunda yayda klubdan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.

Sportinfo.az xəbər verir ki, “The Sun” nəşrində isə portuqaliyalı futbolçu üçün mümkün beş klub variantı təqdim olunub.

Dörd klubun adı artıq mediada hallanmışdı: “Əl-Hilal”, “Mançester Yunayted”, Lissabon “Sportinq”i və “İnter Mayami”. Ancaq beşinci variant sürpriz sayıla bilər.

İddialara görə, 41 yaşlı oyunçu A Seriyası təmsiliçisi “Komo”ya keçə bilər. Klubun indoneziyalı milyarder sahibləri Ronaldonun tələblərinə uyğun yüksək məvacib təklif edə bilərlər.

Ronaldo bundan əvvəl İtaliya çempionatında “Yuventus”da çıxış etmişdi.

Seçilən
30
sportinfo.az

1Mənbələr